Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Moskvadakı "Zəfər paradı"-ında hansı ölkənin liderləri olacaq? - Siyahı
dünya

Moskvadakı "Zəfər paradı"-ında hansı ölkənin liderləri olacaq? - Siyahı

06-05-2025 17:00 50 Просмотров
IMG

Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş "Zəfər paradı"na 29 xarici lider qatılacaq.

Tvit.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Biz çoxsaylı xarici qonaqları dəvət etmişik. Gözləyirik ki, Qələbə paradda dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək", - deyə Uşakov vurğulayıb.

Kreml sözçüsü sözgüedən ölkələrin adlarını açıqlayıb: "Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya, Cənubi Osetiya". 

Aysel Şirinova