Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün səy göstərməyə və işləməyə hazır olan ölkələri alqışlayır.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə ki, biz prosesin sülh yolu ilə nizama salınmasına kömək etmək üçün səy göstərməyə hazır olan bütün ölkələri alqışlayırıq”, - deyə Kreml sözçüsü qeyd edib.
Elmin Alışov