Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Tiktokda süd məhsulları satırdı - Qarşısı alındı
sosial

Tiktokda süd məhsulları satırdı - Qarşısı alındı

05-05-2025 18:00 20 Просмотров
IMG

Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsində yoxlama keçirilib.

 

Bu barədə Tvit.az-a Agentlikdən məlumat verilib.


Bildirilib ki, istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan Tiktok və İnstaqram sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb.

 

Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib.

 

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.