Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Nazir Britaniyada Azərbaycanın “yaşıl enerji” potensialını müzakirə edib
sosial

Nazir Britaniyada Azərbaycanın “yaşıl enerji” potensialını müzakirə edib

02-05-2025 11:00 59 Просмотров
IMG

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Böyük Britaniyadakı “Richborough” enerji parkına səfər edib və Azərbaycanda “yaşıl enerji” potensialını müzakirə edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

 

"Britaniya şirkəti “Pacificgreen” tərəfindən təşkil edilmiş “Richborough” enerji parkına səfər zamanı Pərviz Şahbazov Böyük Britaniya-Belçika şəbəkələrarası bağlantı, həmçinin Mərakeş - Böyük Britaniya elektrik stansiyasının tikintisi üzrə “XLinks” layihəsi (Xlinks Morocco-UK Power Project) ilə tanış olub. Bununla yanaşı, Azərbaycanın “yaşıl enerji” potensialı və bu istiqamətdə mümkün gələcək əməkdaşlıq öyrənilib", - paylaşımda bildirilib.