Rusiya ordusunun Ukraynanın Zaporojya şəhəri və Dnepropetrovsk vilayətində PUA-dan istifadə edərək həyata keçirdiyi hücumlarda 31 nəfər yaralanıb.
Tvit.az-ın məlumatına görə, bu barədə Zaporojya Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Telegram hesabında yazıb.
Hadisə ilə bağlı Rusiya tərəfindən hər hansı bir açıqlama verilməyib.
Elmin Alışov