Kamran Bayram oğlu Əliyev Azərbaycanın Baş prokuroru vəzifəsinə təyin edilib.
Tvit.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatdığından Milli Məclis bugünkü plenar iclasında onun yenidən həmin vəzifəyə təyinatına razılıq verib.