ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri kimi qəbul etdiyi bəzi qərarların nəzərdən keçirilməsini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “ABC” telekanalına müsahibəsində bildirib.
"Eşitdiyim bəzi qərarlar var idi və onları geri qaytardım. Hazırda geri qaytarmaq üçün baxdığım bəzi şeylər var",- deyə Tramp söyləyib.
Elmin Alışov