Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Kəngərli rayonunda ƏƏSMN-nin binası təmir olunacaq
sosial

Kəngərli rayonunda ƏƏSMN-nin binası təmir olunacaq

29-04-2025 23:00 24 Просмотров
IMG

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender Kəngərli rayonu, Qıvraq qəsəbəsi, Heydər Əliyev prospekti, 9 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Construction Business Group" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 357 min 351 manat təşkil edib.
Aysel Şirinova