Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp, Kanadanın ABŞ-yə qoşulması ideyasını dəstəklədi
dünya

Tramp, Kanadanın ABŞ-yə qoşulması ideyasını dəstəklədi

29-04-2025 21:00 20 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulması ideyasını hələ də dəstəklədiyini bildirib.

Tvit.az xəbər verir ki, o, bu barədə “The Atlantic” jurnalına müsahibəsində bildirib.

"Kanada ilə bağlı problem budur: Biz onlara ildə 200 milyard dollar subsidiya veririk. Biz onların benzinini, neftini, taxta-şalbanını istəmirik. Biz onların enerjisini istəmirik. Əllərində olan əşyaların heç birini istəmirik. Mən deyirəm ki, bu, böyük 51-ci ştat olardı".