Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial "Baku Castle", "White Palace", "Xəmsə", "Ağ Çiçəyim" cərimələndi
sosial

"Baku Castle", "White Palace", "Xəmsə", "Ağ Çiçəyim" cərimələndi

29-04-2025 10:00 15 Просмотров
IMG

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və restoranlarda  11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən növbəti monitorinqlər keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Tvit.az"a bildirib ki, keçirilən  monitorinqlər və aparılan ölçmə işləri zamanı Bakı şəhərində fəaliyyət göstərən "Xəmsə", "Ağ Çiçəyim", "Afrodita Palace", "Arzu", "Şahzadə", "Leyla Plaza”, "Kolissa Hall", "White Palace", "Qızıl Qaya", "Golden Baku", "Baku Castle", “Qəbələ-Xanlar”, "Xankəndi",  "Çətir", "Alaçatı Mood", "Kafe Faiq", "Tovuz Manqal", "3 Mərtəbə", “Sunrise” şadlıq sarayları və restoranlarından havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

“Faktlarla bağlı obyektlərin səlahiyyətli nümayəndələri barəsində protokol tərtib olunub və  hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı  qanunamüvafiq tədbirlər görülür”,- o bildirib.