Rusiyada Perm Beynəlxalq Hava Limanının işi müvəqqəti dayanıb.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya hava limanının Telegram kanalında məlumat verilib.
Məlumata əsasən, məhdudiyyətə səbəb əlverişsiz hava şəraiti olub.
Xatırladaq ki, aprelin 28-də səhər saatlarında Rusiyanın başqa bir şəhəri Sankt-Peterburqun hava limanı fəaliyyətini məhdudlaşdırıb. Bildirilib ki, təyyarələrin təhlükəsizliyini təmin etmək üçün belə tədbirlər görülüb. Məhdudiyyətlər Moskva vaxtı ilə saat 9:30-da götürülüb.
Aysel Şirinova