İlkin məlumata görə, ruslar Şimali Koreya istehsalı olan ballistik raketdən istifadə edib.
Tvit.az xəbər verir ki, bu barədə Zelenski 12 nəfərin ölümü ilə nəticələnən Rusiyanın Ukrayna şəhərinə hücumuyla bağlı bildirib.
“Kəşfiyyat qurumumuz bütün təfərrüatları araşdırır. Əgər bu raketin Şimali Koreyada istehsal olunduğu barədə məlumat təsdiqlənərsə, bu Rusiya-Pxenyan alyansının cinayətkarlığına növbəti sübut olacaq”,- deyə Zeıenski qeyd edib.
Elmin Alışov