Ukrayna bir çox ərazilərini itirib və bu ərazilərə nəzarəti bərpa etmək çox çətin olacaq.
Tvit.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Kiyevin Moskvaya güzəştləri barədə danışarkən deyib.
Tramp bildirib ki, Krım 11 il əvvəl Barak Obama Ağ Evə rəhbərlik etdiyi vaxt Rusiyanın tərkibinə daxil olub. "Bunun mənimlə heç bir əlaqəsi yox idi. Krıma 11 il əvvəl Obamanın dövründə bir güllə belə atılmadı, döyüş olmadı, heç nə olmadı. Sadəcə təhvil verdilər, indi isə "qaytara bilərsənmi deyirlər?" Düşünürəm ki, bunu etmək çox çətin olacaq”, - deyə o, bildirib.
Aysel Şirinova