Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif ölçülü kondisionerlərin alınması və onların quraşdırılması məqsədilə AKTİF ELEKTRİK MMC ilə müqavilə imzalayıb.
Tvit.az xəbər verir ki, razılaşmanın dəyəri 452 min 506 manatdır.
Müqaviləyə 300 metrlik boru və müxtəlif ölçüdə 390 ədəd kondisionerin alınması, həmçinin, onların quraşdırılması daxildir.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi hissələri üçün müxtəlif ölçülü kondisionerlərin və onların quraşdırılmasının satın alınması ilə bağlı tenderin ilkin dəyəri 570 min 200 manat olub.
Müvafiq işlərin görülməsinə martın 17-də başlanılıb, dekabrın 20-ə qədər isə bitməyi planlaşdırılır.
Onu da bildirək ki, AKTİF ELEKTRİK MMC 2011-ci ldən fəaliyyət göstərir.