Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İngiltərə Suriya dövlət orqanlarına qarşı sanksiyaları təxirə saldı
dünya

İngiltərə Suriya dövlət orqanlarına qarşı sanksiyaları təxirə saldı

24-04-2025 14:00 10 Просмотров
IMG
İngiltərə informasiya xidmətləri, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, eləcə də bir neçə dövlət mediası konsolidasiya siyahısından çıxmaq şərtilə Suriyaya qarşı sanksiyaları dayandırıb.

Tvit.az bu barədə xarici KİV-lərə istinadla yazıb.

"Aşağıdakı vəzifələr konsolidasiya edilmiş siyahıdan çıxarılıb, onlar artıq aktivlərin dondurulması üzrə tədbirlərə tabe deyillər: Ümumi Kəşfiyyat İdarəsi, Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsi, Siyasi Təhlükəsizlik Direktorluğu", - sənəddə deyilib.

Suriyanın Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi, habelə Suriyanın bir neçə dövlət mediası, o cümlədən Suriyanın "ORTAS", "Sama TV", "Cham Press TV" və "Al Watan" yayım şirkəti də sanksiya siyahısından xaric edilib.

Aysel Şirinova