Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İstanbulda zəlzələdən sonra 266 afterşok baş verib
dünya

İstanbulda zəlzələdən sonra 266 afterşok baş verib

24-04-2025 14:00 13 Просмотров
IMG

Dünən İstanbulun Mərmərə dənizində baş verən zəlzələdən sonra 266 afterşok olub.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

"Dünən saat 12:49-da Mərmərə dənizindəki Silivri sahillərində baş verən 6,2 maqnitudalı zəlzələdən sonra bu gün saat 09:00-a qədər 266 titrəyiş qeydə alınıb. Onlardan 258-i 0-dan 4-ə, yeddisi 4-dən 5-ə, biri isə 5-dən çox bal gücündədir", - deyə nazir brifinqdə müxbirlərə bildirib.

Yerlikaya qeyd edib ki, zəlzələ nəticəsində ölən yoxdur, həmçinin titrəyişlər üzündən birbaşa xəsarət alan qurbanlar olmayıb, yəni panika və səhlənkarlıq nəticəsində insanlar əziyyət çəkiblər.

Aysel Şirinova