Azərbaycanda dövlət qulluğuna qəbul imtahanları və digər kütləvi qiymətləndirmə prosesləri mərhələli şəkildə elektron formata keçirilir.
"Tvit.az" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, may ayında peşəkar mühasiblik sertifikatı imtahanı da elektron formada keçiriləcək: “Növbəti mərhələdə isə rezidentura imtahanlarının elektron formada təşkili nəzərdə tutulur.
Eyni zamanda, magistraturaya qəbul imtahanlarının elektron formata keçirilməsi ilə bağlı hazırlıqlar da gedir. Bu proses həm Azərbaycan, rus və ingilis dillərində təhsil alan məzunlar üçün tətbiq ediləcək. Beləliklə, bütün abituriyentlər vahid elektron sistem üzərindən imtahan vermək imkanına malik olacaqlar”.