Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
sosial

Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

23-04-2025 21:00 26 Просмотров
IMG

Sabah saat 09:00-dan Abşeron rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Bildirilib ki, buna səbəb "Qaradağ-Sumqayıt" yüksəktəzyiqli magistral qaz kəmərində görüləcək təmir-bərpa işləridir.

 

"Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərinin Yoncalıq və Quşçuluq massivlərinin, İlham Cəfərov küçəsinin, 26-cı məhəllənin, Müşfiqabad, Pirəkəşkül, Ceyranbatan, Saray, Aşağı Güzdək, Hökməli qəsəbələrinin, Qobu qəsəbəsinin bir hissəsinin, Qobustan və Çaylı kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.