Rusiya Tacikistan üçün neft məhsullarının əsas tədarükçüsünə çevrilib.
Tvit.az xəbər verir ki, bu barədə Tacikistanın Antiinhisar Xidmətindən məlumat verilib.
Məlumata əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkəyə 231,3 milyon dollar dəyərində 292 min tondan çox karbohidrogen daxil olub ki, bunun da 92,4%-i Rusiya Federasiyasının payına düşüb.