Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ bəzi Asiya ölkələrindən idxala vergi tətbiq edəcək
dünya

ABŞ bəzi Asiya ölkələrindən idxala vergi tətbiq edəcək

22-04-2025 08:00 25 Просмотров
IMG

ABŞ ticarət nazirliyi dörd Cənub-Şərqi Asiya ölkəsindən günəş enerjisi məhsulları üçün tarif səviyyələrini yekunlaşdırıb.


Tvit.az bildirir ki, bu barədə nazirlikdən açıqlama verilib.


Açıqlamada Kamboca, Malayziya, Tayland və Vyetnamdan idxal edilən fotovoltaik elementlərə antidempinq və əlavə rüsumlar gömrük araşdırmalarında yekun nəticənin çıxarıldığı bildirilib.


Bu ölkələrdən gətirilən günəş batareyalarında məhsulun bazara dempinq üsulu ilə daxil olduğu müəyyən edilib və bu çərçivədə hər bir ölkə üçün xüsusi olaraq müəyyən edilmiş antidempinq rüsum dərəcələri yer alıb.


Elmin Alışov