2025-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 6 920,0 min baş qoyun və keçi, 2 456,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 220,0 min baş inək və camış, 3408 baş donuz mövcud olub.
Tvit.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iribuynuzlu mal-qaranın 49,7 faizini inək və camışlar təşkil edir.
Cari ilin yanvar-mart aylarında quşçuluq müəssisələrində diri çəkidə 21,3 min ton (keçən il 20,9 min ton) quş əti və 308,8
milyon ədəd (keçən il 296,6 milyon ədəd) yumurta istehsal olunub.
Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 9 545,7 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 74 ədəd yumurta alınıb.
Aysel Şirinova