Azərbaycanda yaz-tarla işləri aparılır. 2025-ci ilin yanvar-mart aylarında 122,2 min hektar sahədə və ya 2024-cü ilin
eyni dövrü ilə müqayisədə 0,5 faiz çox yazlıq bitkilərin səpini aparılıb.
Tvit.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə 24,0 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 5,1 min hektarı dən üçün qarğıdalı), 26,9 min hektar sahədə tərəvəz, 26,1 min hektar sahədə kartof, 3,9 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə dən üçün
günəbaxan, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,1 min hektar sahədə pambıq, 33,1 min hektar sahədə çoxillik otlar və 3,4 min hektar sahədə birillik otlar əkilib.
Aysel Şirinova