Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home iqtisadiyyat Azərbaycanda yazlıq bitkilərin əkini ötən illə müqayisədə artıb
iqtisadiyyat

Azərbaycanda yazlıq bitkilərin əkini ötən illə müqayisədə artıb

21-04-2025 22:00 15 Views
IMG

Azərbaycanda yaz-tarla işləri aparılır. 2025-ci ilin yanvar-mart aylarında 122,2 min hektar sahədə və ya 2024-cü ilin 

eyni dövrü ilə müqayisədə 0,5 faiz çox yazlıq bitkilərin səpini aparılıb. 

Tvit.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu dövrdə 24,0 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 5,1 min hektarı dən üçün qarğıdalı), 26,9 min hektar sahədə tərəvəz, 26,1 min hektar sahədə kartof, 3,9 min hektar sahədə bostan bitkiləri, 3,1 min hektar sahədə dən üçün 

günəbaxan, 1,6 min hektar sahədə şəkər çuğunduru, 0,1 min hektar sahədə pambıq, 33,1 min hektar sahədə çoxillik otlar və 3,4 min hektar sahədə birillik otlar əkilib. 

Aysel Şirinova