Vatikan həkimi Papanın insult və ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirib.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, həkim Andrea Arcangeli 88 yaşlı pontifik üçün bazar ertəsi açıqlanan ölüm şəhadətnaməsində Papa Fransisk insult və geri dönməz ürək çatışmazlığından vəfat etdiyini söyləyib.
Vatikan tərəfindən dərc edilən sertifikatda deyilir ki, papa bazar ertəsi səhər tezdən ölümündən əvvəl komaya düşüb.
Aysel Şirinova