Xocalı soyqırımı zamanı qondarma rejimə rəhbərliyi Artur Mkrtçyan, hərbçilərə rəhbərliyi isə Ermənistan silahlı qüvvələrində müxtəlif rəhbər vəzifələr tutmuş, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan edib.
Tvit.az xəbər verir ki, bunu bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan bildirib.
Əlavə edib ki, həmin vaxt yeni formalaşan “özünümüdafiə qüvvələri”nin rəhbəri Serj Sərkisyan idi.
O, daha sonra deyib: “Bütün müharibələrin əleyhinəyəm. Amma bu baş verirsə, müharibə qanunları gözlənilməlidir”.