Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Ford bəzi avtomobil modellərinin Çinə çatdırılmasını dayandırıb
dünya

Ford bəzi avtomobil modellərinin Çinə çatdırılmasını dayandırıb

18-04-2025 23:00 38 Просмотров
IMG

Amerikalı avtomobil istehsalçısı Ford Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbindən bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.

Tvit.az bu barədə "The Wall Street Journal"-a istinadla yazır.

Məlumata əsasən, Ford bu həftə F-150 Raptor pikapları, Mustang idman kupeləri və Bronco yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. Forda məxsus Lincoln's Navigator SUV-nin Çinə çatdırılması da dayandırılıb.

Nəşr qeyd edir ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və F-150 pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır. Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.