Amerikalı avtomobil istehsalçısı Ford Vaşinqton və Pekin arasında gedən ticarət müharibəsi səbəbindən bəzi modellərinin Çinə tədarükünü müvəqqəti olaraq dayandırıb.
Tvit.az bu barədə "The Wall Street Journal"-a istinadla yazır.
Məlumata əsasən, Ford bu həftə F-150 Raptor pikapları, Mustang idman kupeləri və Bronco yolsuzluq avtomobillərinin tədarükünü dayandırıb. Forda məxsus Lincoln's Navigator SUV-nin Çinə çatdırılması da dayandırılıb.
Nəşr qeyd edir ki, Çinin yuxarıda adı çəkilən avtomobillərə olan rüsumları son vaxtlar 150%-ə qədər artıb və F-150 pikapının flaqman versiyasının qiyməti təxminən 100.000 dollardır. Ümumilikdə şirkət keçən il Çinə yuxarıda adı çəkilən modellərdən təxminən 5500 avtomobil göndərib.