Avropa ABŞ-dan nümunə götürməli və Ukraynadakı münaqişədən çıxmalıdır, onda Rusiya bunu tez bir zamanda həll edəcək.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün X səhifəsində yazıb.
Amerika rəsmiləri Ukrayna məsələsində irəliləyiş olmasa, ABŞ-ın "əllərini yuyacağını" söylədi. Ağıllı şəkildə. Avropa da bunu etməlidir. Onda Rusiya işləri daha tez həll edərdi", - Medvedev yazıb.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp qeyd etmişdi ki, tərəflər Ukrayna ilə bağlı təxribat törədərsə, Birləşmiş Ştatlar danışıqlar prosesindən çıxa bilər.