Almaniya Ukraynaya Taurus raketlərini verərsə, birbaşa olaraq müharibədə iştirak etmiş sayılacaq.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia deyib.
“Bu ölkələr öz vəkil qüvvələrinin köməyi ilə Rusiyaya qarşı müharibə aparırlar. Əgər Almaniya “Taurus" raketlərini Ukraynaya versə gərginliyin artması istiqamətində daha bir addım olacaq”,- deyə nümayəndə bildirib.
Elmin Alışov