Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Lavrov ABŞ Dövlət katibi ilə telefon danışığı olub
dünya

Lavrov ABŞ Dövlət katibi ilə telefon danışığı olub

17-04-2025 23:00 47 Просмотров
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bəyanatda qeyd edildiyi kimi, Rubio özünün və ABŞ-ın xüsusi prezident elçisi Stiv Uitkoffun UkraynaFransa və bir sıra digər Avropa dövlətlərinin nümayəndələri ilə təmasları barədə məlumat verib. "Qeyd olunan təmasların Vaşinqton və Moskva arasında keçirilmiş məsləhətləşmələrin, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Stiv Vitkoff arasında sankt-Peterburqda baş tutan son söhbətin mövzularına uyğun baş tutduğu vurğulandı", - deyə bəyanatda bildirilir.