Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının mərkəzində maşından meyit tapıldı
sosial

Bakının mərkəzində maşından meyit tapıldı

17-04-2025 11:00 61 Просмотров
IMG

Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.

 

Tvit.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi 19-un qarşısında baş verib.

 

“Avto Azərbaycan” MMC-yə məxsus KİA markalı 77 AC 218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.

 

Ölən şəxsin Bakı şəhər sakini 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.

 

İlkin məlumata görə, sürücü avtomobildə infarkt keçirərək ölüb.

 

Faktla bağlı araşdırma aparılır.