Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sel suları Ağsuda yolu dağıtdı
sosial

Sel suları Ağsuda yolu dağıtdı

16-04-2025 18:00 44 Просмотров
IMG

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Tvit.az"a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub.

Yolun açılması istiqamətində işlər görülür.