Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Ukraynada rusdilli vətəndaşların hüquqlarının pozulması ilə bağlı vəziyyətə nəzarət edir.
Tvit.az xəbər verir ki, bu barədə OHCHR-in rəsmi nümayəndəsi Elizabet Trossel bildirib.
Onun sözlərinə görə, BMT Ukraynada, o cümlədən dil zəminində ayrı-seçkiliklə bağlı pozuntuları daim izləyir. Throssell bildirib ki, bu məsələlərlə bağlı məlumatlar mütəmadi olaraq departamentin ictimai hesabatlarında öz əksini tapıb.
"Məsələn, biz Ukraynanın milli azlıqlar haqqında qanunu ilə bağlı narahatlığımızı bildirdik. Biz hadisələri yaxından izləməyə davam edəcəyik", - OHCHR sözçüsü əlavə edib.
Aysel Şirinova