Amerika Birləşmiş Ştatları 2008-ci ildə Mumbay hücumlarında iştirakına görə Hindistan tərəfindən axtarılan Pakistan-Kanada vətəndaşını ekstradisiya edir.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, 2008-ci ildə Mumbayda törədilən terror aktlarında rol oynadığı iddiası ilə axtarışda olan Pakistan əsilli Kanada vətəndaşı ABŞ tərəfindən Hindistana ekstradisiya edilib.
Tahawwur Hussain Rana dünən Yeni Dehliyə eniş edib.
"Hindistanla birlikdə biz uzun müddətdir ki, bu hücumlarda həyatını itirən 6 amerikalı da daxil olmaqla 166 nəfər üçün ədalət axtarırıq. O günün gəldiyinə şadam", - ABŞ Dövlət Katibi Marko Rubio tvitter hesabında yazıb.
Aysel Şirinova