Ukrayna, Brüsselle anlaşaraq Rusiyadan qaz tranzitini dayandırdı, məqsədi isə Macarıstan və Slovakiyanı münaqişəyə cəlb etməkdir.
Tvit.az xəbər verir ki, bu sözləri macar baş naziri Viktor Orban deyib.
İndi Budapeşt yalnız "Türk axını" vasitəsilə Rusiya qazı alır.
"Təzyiq hələ də qalır, Brüssel hələ də macarları zəiflətməyə çalışır, amma biz macar xalqının maraqlarını qoruyacağıq və təhdidlərə boyun əyməyəcəyik", - deyə o, əlavə edib.
Aysel Şirinova