Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Putinin Trampın nümayəndəsi ilə danışıqları 4 saatdan çox davam edib
dünya

Putinin Trampın nümayəndəsi ilə danışıqları 4 saatdan çox davam edib

11-04-2025 23:00 23 Просмотров
IMG

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff arasında danışıqlar 4 saatdan çox davam edib.

Tvit.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün aprelin 11-də Rusiyaya gəlib . Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, danışıqlar Ukraynada sülh yolu ilə nizamlanmaya doğru daha bir addımdır.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov görüşün işgüzar ruhda keçdiyini qeyd edib.

Aysel Şirinova