Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda banklara təlimat verildi
sosial

Azərbaycanda banklara təlimat verildi

11-04-2025 18:00 26 Просмотров
IMG

Azərbaycan banklarına aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumu üzrə ödənişlərin həm nağd, həm də internet bankçılıq üzərindən nağdsız qaydada ödənilməsi zamanı yalnız “e-bildiriş” əsasında qəbul edilməsi ilə bağlı təlimat verilib.


Tvit.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Nazirlik Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən bankların 36 əməkdaşının iştirakı ilə videokonfrans formatında görüş keçirilib.

 

Görüşdə Hökumət Ödəniş Portalına inteqrasiya olunmuş “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi təqdim edilib. Qeyd olunub ki, artıq cari ilin aprel ayının 1-dən etibarən aksiz markasının və məcburi nişanlamanın verilməsinə görə dövlət rüsumunun “e-bildiriş” əsasında ödənilməsinə başlanılıb.