ABŞ-da aparılan yeni bir araşdırma, ağciyər xərçəngi riskinin təkcə siqaret və ya havanın çirklənməsi ilə deyil, həm də qidalanma vərdişləri ilə əlaqəli ola biləcəyini ortaya qoydu.
Tvit.az xəbər verir ki, bu barədə Florida və Kentukki universitetlərinin alimləri araşdırma aparıb.
Siçanlar üzərində aparılan təcrübələrdə qlikogen miqdarının artması ilə şiş böyüməsinin sürətləndiyi, bu molekul basdırıldığında isə xərçəngin inkişafının yavaşladığı müşahidə edilmişdir.
Elmin Alışov