Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Bayramov, Mirzoyan və Boçorişvili Antalyada görüşəcək
siyasət

Bayramov, Mirzoyan və Boçorişvili Antalyada görüşəcək

10-04-2025 19:00 56 Просмотров
IMG

Antalya Diplomatik Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi keçiriləcək.

 

Tvit.az xəbər verir ki, tədbir aprelin 12-də baş tutacaq.

 

Müzakirələrdə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov, Maka Boçorişvili və Ararat Mirzoyan iştirak edəcəklər.

 

İştirakçıların Cənubi Qafqazdakı cari prosesləri müzakirə edəcəkləri, həm regional əməkdaşlıq yolunda mövcud maneələrə, həm də perspektivlərə diqqət yetirəcəkləri gözlənilir.

 

Bundan başqa, qlobal qeyri-sabitlik şəraitində regionun davamlı və inklüziv inkişafı məsələlərinə Xüsusi diqqətin yönəldiləcəyi planlaşdırılır.