Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
siyasət

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

10-04-2025 18:00 54 Просмотров
IMG

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 10-da ölkədə səfərdə olan Moldova Respublikası Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşüb.

 

Nazirlər Kabinetindən Tvit.az-a bildirilib ki, görüşdə Azərbaycan-Moldova dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

 

Bakıda keçiriləcək Azərbaycan Respublikası və Moldova Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasının iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

 

Ticarət, investisiyalar, neft-qaz, yaşıl enerji, nəqliyyat, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

 

Görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Məcnun Məmmədov da iştirak edib.