Çin Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə yanaşı döyüşən Çin vətəndaşlarının olması və Pekinin bundan xəbərdar olması ilə bağlı iddiasını rədd edib.
Tvit.az xəbər verir ki, bu barədə Çin xarici işlər nazirliyinin sözçüsü Lin Cien deyib.
Rusiya ordusunda Ukrayna qüvvələrinə qarşı döyüşən iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı iddialara toxunan sözçüsü Lin hələ də Kiyev administrasiyasından əsir götürülən şəxslərlə bağlı məlumatı yoxlamağa çalışdıqlarını və digər iddiaların həqiqətə söykənmədiyini bildirib.
Elmin Alışov