Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Cəlilabadda çiyələk yığımına başlanılıb
sosial

Cəlilabadda çiyələk yığımına başlanılıb

09-04-2025 19:00 43 Просмотров
IMG

Cəlilabad rayonunda çiyələk yığımına başlanılıb.

 

Bu barədə Report-a fermerlər məlumat verib.

 

Onların sözlərinə görə, hazırda istixana şəraitində yetişdirilən məhsulun yığımı aparılır. Təxminən 10 gündən sonra məhsulun kütləvi yığımı aparılacaq. Həmçinin ayın sonunda isə açıq sahələrdən çiyələyin toplanması gözlənilir.

 

Hazırda çiyələyin daxili bazarlarda satış qiyməti 6-8 manat aralığında dəyişir.

 

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda bu il 632 hektar ərazidə çiyələk əkini aparılıb.

 

Keçən il isə bu rəqəm 607 hektar olub.