Avropa İttifaqı (Aİ) ölkələri ABŞ-yə qarşı yeni ticarət tariflərini təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bəzi Amerika mallarına rüsumlar 10-25 faiz arasında dəyişəcək. Bunlara tütün, motosiklet, quşçuluq, polad və alüminium daxildir.
Qeyd edək ki, Macarıstan istisna olmaqla, 27 ölkədən 26-sı tariflərin artırılmasının lehinə səs verib.
Tariflər aprelin 16-dan tətbiq olunacaq.
Aysel Şirinova