Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Yardımlıda azyaşlı fahişəliyə cəlb edildi - Anası və 3 nəfər həbs olundu
turizm

Yardımlıda azyaşlı fahişəliyə cəlb edildi - Anası və 3 nəfər həbs olundu

09-04-2025 12:00 51 Просмотров
IMG

Yardımlıda azyaşlıya qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə faktı qeydə alınıb.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə məlumat yayıb. 

O bildirib ki, Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 4 nəfər həbs edilib.

"Onlardan biri, azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır. Azyaşlı reabilitasiyaya cəlb ediləcək,sığınacağa yerləşdiriləcək", - deyə K.Ağazadə qeyd edib.