Azərbaycanın 2 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.
Tvit.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan Osman Nurmaqomedov yarımfinalda gürcüstanlı Miriani Maysurazdeyə qalib gəlməklə finala adlayıb.
125 kq çəkidə yarışan digər təmsilçimiz Giorgi Meşvildişvili isə həlledici mərhələyə gedən yolda Dzianis Xramyankunu (UWW) üstələyib.
Nurmaqomedov qızıl medal uğrunda görüşdə Dauren Kuruqliyevlə (Yunanıstan), Meşvildişvili isə Solomon Manaşvilə (Gürcüstan) üz-üzə gələcək.
Bu gün mübarizəyə qoşulan digər idmançı Ağanəzər Novruzov isə yarımfinalda albaniyalı Çermen Valievə uduzmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansını itirib. O, sabah üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.