Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya: Ötən gecə ərazimiz üzərində 107 Ukrayna PUA-nı məhv etdik
dünya

Rusiya: Ötən gecə ərazimiz üzərində 107 Ukrayna PUA-nı məhv etdik

04-04-2025 11:00 57 Просмотров
IMG

Rusiya ordusu gecə ərzində Moskva da daxil olmaqla Rusiyanın regionları üzərində Ukraynaya məxsus 107 PUA-nı məhv edib.


Tvit.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.


Açıqlamada 107 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu, onlardan 34-nün Kursk, 30-u Orlov, 18-i Lipetsk, 7-si Kaluqa, 4-ü Rostov, 3-ü Tambov, 3-ü Moskva, 2-si Bryansk, 1-i Voronej, 1-i Tulaov dənizi, 4-ü Azad vilayəti üzərində vurulduğu qeyd edilib.


Elmin Alışov