Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İlham Əliyev dövlət agentliyinə beş milyon manat ayırdı
sosial

İlham Əliyev dövlət agentliyinə beş milyon manat ayırdı

01-04-2025 13:00 34 Просмотров
IMG

Prezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair tədbirlər haqqında Sərəncam imzalayıb.

 

Bununla bağlı President.az məlumat yayıb.

 

Sərəncama əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 000 000 manat ayrılıb.