Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda qadın həbsdəki ərinə narkotik aparmaq istədi...
sosial

Bakıda qadın həbsdəki ərinə narkotik aparmaq istədi...

31-03-2025 14:00 34 Просмотров
IMG

Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.

 

Bu barədə Tvit.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

 

Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.