Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Marsda kəşf edilən sirli qaya alimləri təəccübləndirdi
dünya

Marsda kəşf edilən sirli qaya alimləri təəccübləndirdi

31-03-2025 10:00 34 Просмотров
IMG

ABŞ Kosmos və Aviasiya Departamentinə (NASA) aid olan “Perseverance” roveri Marsda indiyə qədər görülən heç bir formasiyaya bənzəməyən maraqlı qaya aşkar edib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


"Sent Pauls Bay" adlanan bu qaya Jezero kraterinin kənarında yerləşən Witch Hazel zirvəsinin ətəyində tapılıb.

 
Yüzlərlə kiçik, tünd boz kürələrdən ibarət olan bu quruluşun necə meydana gəldiyini elm adamları hələ də müəyyən edə bilməyiblər. Botrioidal formasiyalar kimi tanınan bu cür kristal mineral klasterlər Yer kürəsində geniş yayılmış olsa da, Marsda formalaşma prosesi fərqli ola bilər.


Elmin Alışov