Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Ermənistandan növbəti TƏXRİBAT
sosial

Ermənistandan növbəti TƏXRİBAT

30-03-2025 18:00 34 Просмотров
IMG

Martın 29-u axşam və 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində 3 dəfə kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd edib.

Bu barədə "Tvit.az"a Müdafiə Nazirliyindən xəbər verilib.

Bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdlərinin qarşısı alınmışdır.

Eyni zamanda, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.